ABŞ dövlət katibi Hillari Klinton ötən ay Liviyadakı səfirin və daha 4 diplomatın öldürülməsi hadisəsi zamanı təhlükəsizliklə bağlı deyilən ittihamları qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Klinton CNN-ə verdiyi müsahibəsində deyib ki, xaricdəki diplomatların təhlükəsizlik məsələsinə o, cavabdehlik daşıyır.
Klintonun sözlərinə görə, prezident Barak Obama və vitse-prezident Co Bayden Benqazidəki konsulluqda təhlükəsizlik məsələləri ilə bağlı qərar verməyib. Barak Obama və prezidentliyə digər namizəd Mitt Romninin oktyabrın 16-da keçiriləcək ikinci debatında Benqazidəki hücumla bağlı sualı cavablandıracağı gözlənir. Romni deyib ki, bu hücum Obamanın xarici siyasətindəki zəiflikləri göstərib.
|