Bu gündən etibarən 2012-2013-cü tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi təşkilat və müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə ixtisas fənnindən doktoranturaya qəbul imtahanları başlayıb. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, doktoranturaya ixtisas fənlərindən qəbul imtahanları oktyabrın 15-16-17-də (Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu üzrə oktyabrın 18-də) keçiriləcək.
Fəlsəfə fənnindən imtahanların oktyabrın 22-dən 31-dək keçirilməsi nəzərdə tutulub. Xarici dil fənnindən imtahanlar isə 1-14 noyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturanın 288 plan yerinə 354 nəfər sənəd verib.
|