Rusiya müxalifəti yerlərdə keçirilən seçkilərdə kütləvi zorakılıq və qanun pozuntuları olduğunu bəyan edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, oktyabrın 14-də açıqlanan ilkin nəticələrə görə, prezident Putinin “Vahid Rusiya” Partiyası 83 regionun 77-də qalib gəlib. Müxalifət hakimiyyəti namizədlərin xeyrinə kampaniya təşkil etməkdə günahlandırıb.
Baş nazir Dmitri Medvedyev bu ittihamları rədd edib. Onun sözlərinə görə, “ciddi qanun pozuntusu” barədə məlumatsızdır.
|