Azərbaycanın əkiz bacılarından ibarət “S Twins” qrupu (Sevinc və Sevil Səfərovalar) ilk kliplərini təqdim etməyə hazırlaşırlar. “KƏLAMİNFO”nun məlumata görə, məhəbbətdən bəhs edilən klip bəstəsi Cəmil Məmmədliyə aid olan «Sev məni» mahnısına çəkilib. Klipin rejissorluğunu populyar müğənni Roza Zərgərli öz üzərinə götürüb. “S Twins”in obrazları üzərində stilist Badamxanım Yusifzadə işləyib. Klip yaxın zamanda media əhlinə təqdim ediləcək.
|