Xarici işlər naziri Elmar Məmmədyarov Ukraynaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Konstantin Qrişenko ilə görüş keçirib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan və Ukrayna xarici işlər nazirləri GUAM-ın 15 illiyi ilə əlaqədar Kiyevdə keçirilən xarici işlər nazirləri Şurasının iclasının gündəliyini müzakirə ediblər.
|