Suriyada silahlı müxalifət Maaret al-Numan şəhərinə hücuma keçib. Bu şəhər Dəməşqdən Hələbə gedən əsas yolun üstündə yerləşir. Bu şəhər ətrafında artıq iki gündür döyüşlər gedir. Hər iki tərəf artilleriya zərbələrindən istifadə edir.
“KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu arada hökumət qoşunları üsyançıların Homs şəhərindəki mövqelərinə zərbələr endirir. Bir gün əvvəl Dəməşq ətrafında xüsusi təhlükəsizlik idarəsinin binası qarşısında partlayış olub. Onlarla adam ölüb.
|