Azərbaycan Milli Məclisinin rəhbərliyinin bəzilərinin oktyabr ayı üçün qəbul günləri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Belə ki, Milli Məclisi sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun bu ay üçün qəbul günü bu gündür. Vitse-spiker Bahar Muradova oktyabrın 17, vitse-spiker, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov isə oktyabrın 29-da vətəndaşları qəbul edə biləcək.
|