“Vaxtilə Bakı şəhərində tikilən “Xruşşovka”ların sökülməsi məsələsi hələlik gündəmdə deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə baş nazirin müavini Abid Şərifov deyib.
Hökumət rəsmisi qeyd edib ki, “Xruşşovka”lardan əvvəl şəhərin ətrafındakı “naxalstroy” tikililərin sökülməsi məsələsi gündəmdədir: “Bir mərtəbəli tikililəri qoyub, niyə “Xruşşovkaları sökməliyik? Kimsə belə şayiə buraxıb. Amma bu barədə deyilənlər həqiqətə uyğun deyil”.
|