Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç Azərbaycan Müdafiə Nazirliyində olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazir Səfər Əbiyevlə görüş zamanı ölkələr arasında müxtəlif sahələr üzrə həyata keçirilən geniş əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. General-polkovnik Səfər Əbiyev qonağı Ermənistanın təcavüzkar siyasəti nəticəsində regionda yaranmış gərgin hərbi vəziyyətlə tanış edib.
Görüşdə hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub.
|