YAP Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov oktyabrın 5-də Malaziyanın paytaxtı Kuala Lumpur şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclərin məşvərət iclasında Azərbaycanı təmsil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya YAP-dan veriblər.
Səfər zamanı Malaziya Baş nazirinin müavini Muhiddin Bin Hj Mohd Yasin, İCAPP həmsədrləri Jose de Venecia və Çunq Eui-Yong, Malaziyanın səhiyyə naziri Datuk Rosnah Binti Hj Abdul Raşid Şirlin, Kamboca Baş nazirinin müşaviri Yara Suos və digər ölkələrin rəsmiləri ilə görüşlər gözlənilir.
Tədbir çərçivəsində İCAPP-ın Gənclər Birliyinin təsis edilməsi, Asiya Siyasi Partiyalarının gənc liderləri arasında əməkdaşlığın qurulması nəzərdə tutulub.
|