Almaniyanın 5 əyalətində cümə günü çox sayda məktəbin bağlanmasına səbəb olan virusun növünü müəyyənləşdirmək mümkün olmayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, virusa yoluxan şagirdlərin və müəllimlərin sayının 9 mini keçdiyi bildirilir. Qusma və bağırsaq infeksiyası şikayəti ilə xəstəxanaya aparılan uşaqların iki gün içində yaxşılaşdığı bildirilir. Məktəblərə yeməyi eyni qida şirkətinin paylaması şübhələrin onun üzərində cəmlənməsinə səbəb olub. Şirkət isə ittihamları rədd edir.
|