Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Vyanaya gedəcək. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirin səfərinin məqsədi 26 sentyabr tarixində Avstriyanın Vyana şəhərində “Qafqaz və Mərkəzi Asiya-Qlobal iqtisadi çağırışlar şəraitində davamlı inkişafın təşviqi” mövzusunda keçiriləcək Nazirlər Konfransında iştirak etməkdir. Ə.Qarayevin konfransda Azərbaycanda turizm sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər mövzusunda çıxışı və Avstriyanın İqtisadiyyat, Ailə və Gənclər üzrə Federal Naziri Reinhold Miterlenerlə görüşü nəzərdə tutulub.
|