ABŞ hakimiyyət orqanları BMT Baş Assambleyasında iştirak etmək istəyən 160 İran nümayəndə heyəti üzvünün 20-nə viza verməkdən imtina edib. “KƏLAMİNFO” “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, ABŞ-a iki nazirə gəlmək də qadağan edilib. Bu nazirlərin adları açıqlanmasa da, bəlli olub ki, nümayəndə heyətinə XİN rəhbəri Əli Əkbər Salehi, yollar və şəhər inşası naziri Əli Nikzad, kənd təsərrüfatı naziri Sadik Xəliliyan, eləcə də səhiyyə naziri Mərziyə Vahid Dastgerdi daxil idi.
|