Gürcüstan hakimiyyət orqanları cəzaların icra edilməsi departamentinə, eləcə də 8 saylı Qldan həbsxanasına yeni rəhbər təyin ediblər. “KƏLAMİNFO” “Qruziya onlayn”a istinadən xəbər verir ki, bunu Gürcüstan hökumətinin aparat rəhbəri Şota Utişvili bildirib: “Cəzaların icra edilməsi departamentinin rəhbəri Qiorqi Lordkipianidze təyin edilib. Eləcə də 8 saylı həbsxanaya da rəis təyin edilib”. Qeyd edək ki, qalmaqallı həbsxananın rəhbəri artıq həbsdədir.
|