Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında payız sessiyasının gündəliyi müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, gündəlik barədə komitə sədri Nizami Cəfərov məlumat verib. O qeyd edib ki, komitənin payız sessiyası çərçivəsində gündəliyinə “Mədəniyyət haqqında” (ikinci oxunuş), “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” (birinci oxunuş) qanun layihələri daxil edilib. Bundan başqa, komitə “Aşıq sənəti haqqında” qanun layihəsini də müzakirə etməyi planlaşdırır.
|