ABŞ və Yaponiya raket-müdafiə sistemləri ilə bağlı məsələdə razılığa gəlib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Leon Panetta amerikalı və yapon rəsmilərin Yaponiyada qurulacaq ikinci raket-müdafiə sistemi ilə bağlı məsələdə razılaşdığını bildirib. Yapon rəsmilər də radar sisteminin Çinə qarşı olmadığını, Şimali Koreya təhdidinə qarşı bölgənin qorunması məqsədi daşıdığını söyləyiblər.
|