Cəbhədə vəziyyət yenidən gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk və Berd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan kəndində, Füzuli rayonunun işğal olunmuş Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozub.
Düşmən cavab atəşi ilə susdurulub.
|