İraqın sabiq vitse-prezidenti Tariq Əl-Haşimi ölüm cəzasına məhkum edilib. Sünni siyasətçi və onun kürəkəni qadın vəkil və ədliyyə sistemi işçisinin qətlində təqsirləndirilir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Türkiyədən İraqa qayıdacağı gözlənilməyən Haşimi şiə baş nazir Nuri Əl-Malikini sünni opponentlərinə qarşı təzyiqlərə görə günahlandırıb.
Haşiminin vəkili məhkəmənin müttəhim olmadan keçirildiyinə görə apelyasiya edilməyəcəyini bildirib. ABŞ qüvvələrinin İraqı tərk etməsindən bəri Maliki siyasi baxımdan çıxılmaz vəziyyətlə üzləşib.
|