ABŞ dövlət katibi Hillari Klintonun Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla Suriya ilə bağlı görüşü zamanı nailiyyət əldə edilməyib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Klinton bildirib ki, fikir ayrılıqları aradan qaldırılmasa, o, Suriya müxalifətini dəstəkləyən ölkələrlə iş birliyinə başlayacaq.
Bu arada Ərəb Liqası və BMT-nin Suriya üzrə nümayəndəsi Laxdar Brahimi bu gün Qahirəyə səfər edib. Daha sonra o, Dəməşqə yola düşəcək.
|