Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar barədə elan verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Elanda bildirilir ki, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti sentyabr ayının 7-si saat 17:00-dək uzadılıb. Göstərilən müddətədək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.
|