Ötən gecə Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov uzun sürən xəstəlikdən sonra 64 yaşında vəfat edib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Onun dəfni Tacikistanda baş tutacaq və bununla əlaqədar olaraq onun cənazəsi tezliklə Düşənbəyə göndəriləcək. Z. Vazirov insult keçirmişdi və Bakıdakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. O 1948-ci ildə anadan olub. 2005-2007-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycana səfir göndərilib.
|