Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəbə qəbul olan bir qrup tələbəyə qeydiyyatdan keçmək üçün əlavə vaxt verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Qeydiyyatdan keçməyən bütün abituriyenlərə möhtlət verilməyəcək. Yalnız üzrlü səbəbdən daxil olduqları universitetlərdə qeydiyyatdan keçməyən abituriyentlər sentyabrın 5-dək qeydiyyatdan keçə bilərlər.
Cari tədris ili üçün ali məktəblərə I mərhələdə qəbul olmuş abituriyentlərin 96,6 faizi qeydiyyatdan keçib.
|