Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz layihələri üzrə direktoru Lourens Şitslə görüşüb. Demokratik İslahatlar Partiyasının mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə bölgədə gedən proseslər, Cənubi Qafqazdakı münaqişələr və onların həlli yolları, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Asim Mollazadə qonağa partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
|