Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ilində ali məktəbə qəbul olan tələbələrin qəbul olduqları ali təhsil müəssisələrinə qeydiyyatının vaxtını uzatmayacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Tələbə adını alanların qeydiyyatı avqustun 23-də başlayıb və bu gün sona çatır. Qeydiyyatdan keçməyən şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq imkanını itirəcəklər.
|