Yeni dərs ilinin yaxınlaşması ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məktəbli geyimlərinin və məktəb ləvazimatlarının satışında süni qiymət artımı hallarına yol verilməməsi məqsədilə Bakıda və respublikanın regionlarında monitorinqlərə başlayıb. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.
|