Bu gün Yaponiya və Şimali Koreya hökumət rəsmiləri son dörd ildə ilk dəfə birbaşa danışıqlar aparmaq üçün bir araya gəliblər. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Pekində təşkil olunan danışıqlarda İkinci Dünya müharibəsi zamanı Koreya yarımadasının şimalında ölən Yaponiya vətəndaşlarının qalıqlarının qaytarılması müzakirə olunacaq. Yaponiya həmçinin 1970-ci və 1980-ci illərdə öz vətəndaşlarının Şimali Koreya hökuməti tərəfindən oğurlanması məsələsini qaldıra bilər.
|