Cari il ali məktəblərə keçiriləcək tələbə qəbulunda ciddi dəyişiklik olmayacaq. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə söyləyib.
O qeyd edib ki, dəyişiklik yalnız Azərbaycan bölməsində rus dilinin xarici dil kimi tətbiq olunması olacaq. M.Abbaszadə qəbulda olan dəyişikliklərlə bağlı ən azı iki il əvvəl ictimaiyyəti məlumatlandırdıqlarını söyləyib.
|