Bu gündən etibarən Azərbaycanın ali təhsil müəssisələrinin magistratura mərhələsinə boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatına başlanılır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Qəbul olunanlar avqustun 24-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək. Xatırladaq ki, magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 667 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 346 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.
|