Misir məhkəməsi 14 radikal islamçını ölümə məhkum edib. Onlar ötən ilin yayında Sinay yarımadasında 7 nəfərin qətlində ittiham olunurdular. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, yaraqlılar həmin vaxt bank və polis bölməsinə hücum edərək 7 nəfəri qətlə yetiriblər.
Ölənlərin əksəriyyəti polislər olub. Yaraqlıların hökmdən 10 gün əvvəl Qəzzə bölməsindən Misir və İsrail sərhədindəki nəzarət-buraxılış məntəqələrinə hücumu nəticəsində isə 16 sərhədçi ölüb.
|