Sabah Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Feridun Sinirlioğlu İsveçrəyə gedəcək. KƏLAMİNFO xəbər verir ki, F.Sinirlioğlu Berndə isveçrəli həmkarı Michael Ambuhl ilə görüşəcək.
Görüşdə Ermənistanın Konstitusiya Məhkəməsinin protokollara qeyri-qanuni olaraq məlum düzəlişi müzakirə olunacaq. Məlumatda o da bildirilib ki, Yerevan protokollara sadiq qalmayacağı təqdirdə Türkiyə tərəfinin onu ratifikasiya etmə imkanı qalmayacaq.
|