ABŞ Dövlət katibinin müavini Ceyms Steynberq fevralın 4-5-də Cənubi Qafqaz regionuna səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, Ceyms Steynberq öncə Ermənistana səfər edəcək. İrəvanda C.Steynberq prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla ikitərəfli və regional məsələləri müzakirə edəcək. Daha sonra o, Tiflisə səfər edərək prezident M.Saakaşvili və müxalifət liderləri ilə görüşlər keçirəcək. Dövlət katibinin müavini Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedəcək. Burada Ceyms Steynberq Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə də görüşlər keçirəcək.
|