Rusiya ordusunun keçmiş və hazırkı hərbir komandirlərindən bəziləri keçmiş prezident Dmitri Medvedyevi 2008-ci ildə Gürcüstana qarşı hərbi əməliyyatlar zamanı ehtiyatlılıqda ittiham ediblər. Onlar deyirlər ki, keçmiş prezidentin tərəddüdləri lazımsız itkilərə səbəb olub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, komandirlərin bu ittihamları onların internetdə yaydıqları videolarda səslənib. Videoda onlar deyirlər ki, Ali Baş Komandan kimi Medvedyev çox tərəddüd edib. Sonda o zaman baş nazir olan Vladimir Putin onu hərbi əməliyyata başlamağa sövq edib.
|