Abşeron rayonunda intihar hadisəsi baş verib. Bu barədə “KƏLAMİNFO”ya Abşeron rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, Masazır qəsəbəsi, 1-ci küçə, ev 18-də yaşayan, Laçından olan məcburi köçkün, 1953-cü il təvəllüdlü Tahir Hüseynov yaşadığı evin eyvanından özünü asaraq ölüb. Onun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
|