Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Gülüstan, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
|