Rusiya prezidenti Vladimir Putin BMT və Ərəb Liqası Dövlətlərinin Suriya üzrə xüsusi təmsilçisi Kofi Annanın istefa verməsindən təəssüfləndiyini söyləyib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, Annanı təcrübəli bir diplomat və çox dürüst bir insan olduğunu və bu səbəbdən onun BMT və Ərəb Liqası Dövlətlərinin Suriya üzrə xüsusi təmsilçisi vəzifəsindən istefa verməsinə kədərləndiyini deyib: “Ümid edirəm ki, beynəlxalq ictimaiyyət Suriyada vəziyyəti idarə etmək üçün çalışmalarını davam etdirəcək”.
|