Ermənistandakı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya BQXK-nin Azərbaycan nümayəndəliyindən veriblər.
İyulun 31-də təşkilatın nümayəndələri azərbaycanlı əsirə baş çəkiblər. Ona ailəsindən 1 qızıl xaç məktubu çatdırılıb, ondan isə 2 qızıl xaç məktubu alınıb.
Qeyd edək ki, iyulun 26-da Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq Ermənistan silahlı bölmələrinə əsir düşüb.
|