Bolqarıstanda İsraildən olan turistləri daşıyan avtobusun partlamasında İranın günahlandırılmasına İran cavab verib: “İsrailin bu iddiası əsassızdır”. İyulun 25-də BMT Təhlükəsizlik Şurasında Orta Şərq üzrə debatda İranın BMT-dəki səfiri Məhəmməd Xazai beş İsrail turistinin və bir bolqar avtobus sürücüsünün ölümünə səbəb olan hücumda İsraili ittiham edib. İsrailin BMT-dəki səfirinin müavini Haim Vaysman bu ittihamı “qorxunc” adlandırıb və əlavə edib ki, “amma bu, təəccüblü deyil, çünki eyni hökumət 2001-ci ilin 11 sentyabr hadisələrini də konspiroloji hücum adlandırıb və Holokostu təkzib edib”. Vaysman iddia edib ki, Bolqarıstanda, ümumiyyətlə, son aylarda dünyada baş verən bir neçə terror olayında İranın barmağı var.
|