Bakı və ətraf bölgələrdəki icazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
O qeyd edib ki, qanunda tikililərə ayrıca yanaşmalar olacaq: “Ümumi fikir ondan ibarətdir ki insanlara maksimum kömək etmək lazımdır. Bu binalar təhlükəsizliyə, başqa insanların həyatına maneə törətmirsə, o binalara amnistiya verilməlidir”.
|