Türkiyə ABŞ-dan icarəyə götürdüyü “King Air 350” tipli kəşfiyyat təyyarələrindən birincisini təhvil alıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən açıqlamada ABŞ-dan icarəyə götürülən 5 təyyarədən birinin Türkiyəyə gətirildiyi bildirilib. Digər təyyarələrin oktyabr ayının sonuna qədər təhvil veriləcəyi, təhvil alınan ilk təyyarənin isə sınaq uçuşlarından sonra xidmətə başlayacağı qeyd edilib.
Kəşfiyyat toplama məqsədilə istifadə ediləcək təyyarə Batmanda qalacaq.
|