Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə 3-cü ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK-nın sədr müavini Namiq Babayev bildirib.
O qeyd edib ki, imtahan respublikanın altı şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran şəhərlərində keçiriləcək: “Orta ümumtəhsil müəssislərində 2361 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 220 imtahan nəzarətçisi cəlb olunacaq. 3-cü qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 28151 nəfəri Azərbaycan bölməsi, 2680 nəfəri rus bölməsinin məzunlarıdır”. Onun sözlərinə görə, 16028 nəfər orta ümumtəhsil müəssisələrini bu il bitirib.
|