Azərbaycanda cari tədris ilində ali məktəblərin bəzi ixtisaslarına plan yeri azaldılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bildirib.
O qeyd edib ki, bu il ən ciddi azalma hüquq ixtisasına aiddir: “Hüquq ixtisası üzrə plan yeri təxminən 50 faiz azalıb. Jurnalistika fakültəsində də azalma olub”. O bildirib ki, təhsil komissiyasının qərarına əsasən özəl universitetlərin jurnalistika ixtisaslarına qəbul dayandırılıb.
|