Rusiya BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsi təqdim edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, layihədə Suriyadakı BMT müşahidəçilərinin missiyasının daha 3 ay uzadılmasına çağırılır.
BMT-nin 300-ə yaxın müşahidəçisinin Suriyadakı fəaliyyəti ilə bağlı iyulun 20-nə qədər qərar verməlidir. Həmin gün müşahidəçi qrupunun 90 günlük mandatı başa çatır.
|