Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) KİV nümayəndələri arasında qurumun yaradılmasının 20 illiyi münasibətilə müsabiqə elan edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Müsabiqə 2 nominasiya üzrə aparılacaq.
1) TQDK-nın təsis olunmasının 20 illiyinə həsr olunmuş ən yaxşı məqalə: Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcək. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaq. Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2012-ci il avqust ayının 20-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə “müsabiqəyə təqdim olunur” yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.
2) TQDK-nın təsis olunmasının 20 i illiyinə dair ən yaxşı televiziya və ya radio reportajı nominasiyasında ilk 2 yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaq. Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2012-ci il avqust ayının 20-dək televiziya və ya radioda yayımlanmış materialın video (audio) diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Müsabiqənin nəticələri sentyabrın 1-dən 5-dək elan olunacaq və qaliblər mükafatlandırılacaq.
|