“Türkmənistan Azərbaycana Xəzərdəki “Kəpəz” yatağı ilə bağlı rəsmi olaraq heç bir təklif və yaxud nota göndərməyib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
O qeyd edib ki, rəsmi Bakı hər dəfə təklif verir ki, Rusiya və Qazaxıstanla əldə oluna razılıq mexanizmini Türkmənistan ilə də əldə eləsin: “Bu mexanizm, həmçinin İrana da təklif olunub. İnanırıq ki, Xəzər sahilində yerləşən 3 dövlətin (Azərbaycan-Rusiya-Qazaxıstan) gəldiyi razılığa digər 2 dövlət də (İran və Türkmənistan) gələcək”.
|