Sentyabra qədər Aşqabadda Xəzərin statusu ilə bağlı beştərəfli formatda növbəti danışıqlar keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
O qeyd edib ki, Xəzərin statusu ilə bağlı danışıqların potensialı hələ tükənməyib: “Bu məsələnin həll edilməsi üçün bu potensialdan istifadə ediləcək”. Onun sözlərinə görə, beştərəfli formatda Xəzərin statusuna dair ümumi məsələlər müzakirə edilir, statusla bağlı Konvensiya layihəsi üzərində iş aparılır: “Eyni zamanda həm Türkmənistan, həm də İranla ikitərəfli formatlarda müzakirələr qüvvədə qalır. Bu sahədə nümayəndə heyətlərinin fəaliyyəti davam etdirilir”.
|