ATƏT-in Baş katibi Lamberto Zanyer gələn həftə Azərbaycana, Gürcüstana və Ermənistana səfər edəcək. “KƏLAMİNFO” ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Zanyer dövlət rəsmləri, siyasi təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Baş katib 8-9 iyulda Bakıda, 10-11 iyulda Tbilisi və Batumidə, İrəvanda isə 11-12 iyulda olacaq. O, görüşlərdə siyasi, iqtisadi, ekoloji və humanitar sahədə əməkdaşlığa dair məsələləri müzakirə edəcək.
Bakıda, Tbilisidə və İrəvanda ATƏT baş katibinin mətbuat konfransı da nəzərdə tutulub.
|