Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov Vaşinqtonun Moskvanı Bəşər Əsədə siyasi sığınacaq verməyə razı salmağa çalışdığına dair xəbərlərə münasibət bildirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Rıbakov ABŞ ilə Əsədin gələcəyini müzakirə etməyəcəklərini söyləyib. Xarici işlər nazirinin müavini bir neçə dəfə fikirlərini açıqladıqlarını deyib və Suriyada iqtidar məsələsinə Suriya xalqının qərar verməli olduğunu vurğulayıb: “Xaricdə hazırlanıb Suriyaya tətbiq edilən planlar zərərverici ola bilər”.
|