Bakı Dövlət Universitetinə yataqxana kompleksinin tikintisi üçün dövlət başçısının sərəncamı ilə maliyyə vəsaiti ayrılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Gəncədə 3 universitetin fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir qeyd edib ki, oradakı Gəncə Aqrar Universitetinin ərazisində yataqxana kompleksinin tikintisi nəzərdə tutulur: “Yataqxanaların tikilməsi Azərbaycana gələn əcnəbi tələbələrin sayının artmasına səbəb olacaq”.
|