İyulun 3-10-u tarixlərində Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri dos. dr. Rövşən İbrahimov Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sayca 2-ci Beynəlxalq Model Qlobal Sammitində iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazan şəhərinə gedəcək. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər.
Tədbirin məqsədi gənclər arasında İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin münasibətlərinin necə formalaşdığını müzakirə etmək və öyrənməkdir. Tədbirdə foruma 57 üzv dövlətdən 190-a yaxın tələbə, media nümayəndələrinin iştirakı gözlənilir. R.İbrahimovun Yüksək Səviyyəli Məsləhətçi Şurasının üzvü kimi iştirakı və eyni zamanda forum iştirakçıları qarşısında məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub.
|