Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvanın Suriyanın Türkiyə təyyarəsini vurmasıyla bağlı Əsəd rejiminin tezislərini dəstəkləyən açıqlamalarını dəyərləndirib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Suriyanın addımı provokasiya və ya qəsd kimi dəyərləndirilməməlidir” sözlərinə bu sözlərlə cavab verib: “Mən hörmətli Lavrovun açıqlamasının nəyə əsaslandığını bilmirəm. Dünən xarici işlər nazirimizlə etdiyi söhbətlər başqaydı. Buradakı açıqlamasında hər halda Suriya ilə apardığı danışıqlardan yola çıxaraq bir az onların diliylə danışıb”.
|